UEFA Çempionlar Liqasının Liqa mərhələsinə yekun vurulub.
Oxu.Az xəbər verir ki, son oyun günündə 18 oyun keçirilib.
İtaliyada “Yuventus” Portuqaliya “Benfika”sına 0:2 hesabı ilə məğlub olub. “Real Madrid” səfərdə “Brest”i 0:3 hesabı ilə üstələyib. “İnter” “Monako”ya 3:0, “Mançester Siti” “Brügge”yə 3:1 hesabı ilə qalib gəlib.
Günün digər nəticələri:
“Aston Villa” (İngiltərə) – “Seltik” (Şotlandiya) – 4:2
“Barselona” (İspaniya) – “Atalanta” (İtaliya) – 2:2
“Bayer” (Almaniya) – “Sparta” (Çexiya) – 2:0
“Bavariya” (Almaniya) – “Slovan” (Slovakiya) – 3:1
“Dinamo” (Zaqreb, Xorvatiya) – “Milan” (İtaliya) – 2:1
“Borussiya” (Dortmund, Almaniya) – “Şaxtyor” (Ukrayna) – 3:1
“Jirona” (İspaniya) – “Arsenal” (İngiltərə) – 1:2
“Lill” (Fransa) – “Feyenoord” (Niderland) – 6:1
PSV (Niderland) – “Liverpul” (İngiltərə) – 3:2
“Zaltsburq” (Avstriya) – “Atletiko” (İspaniya) – 1:4
“Sportinq” (Portuqaliya) – “Bolonya” (İtaliya) – 1:1
“Şturm (Avstriya) – “Leyptsiq” (Almaniya) – 1:0
“Ştutqart” (Almaniya) – PSJ (Fransa) – 1:4
“Yanq Boyz” (İsveçrə) – “Srvena Zvezda” (Serbiya) – 0:1.
Beləliklə, “Liverpul”, “Barselona”, “Arsenal”, “İnter”, “Atletiko”, “Bayer”, “Lill” və “Aston Villa” 1/8 finala, “Atalanta”, “Borussiya”, “Real Madrid”, “Bavariya”, “Milan”, PSV, PSJ, “Benfika”, “Monako”, “Brest”, “Feyenoord”, “Yuventus”, “Seltik”, “Mançester Siti”, “Sportinq”, “Brügge” pley-off mərhələsinə vəsiqə qazanıb.