Xocalı gil yatağı satılacaq

Xocalı rayonundakı gil yatağı hərraca çıxarılır.

Oxu.Az xəbər verir ki, bu barədə İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti məlumat yayıb.

Belə ki, 6 hektar ərazini əhatə edən və 100 min kubmetr həcmində olan yatağın start qiyməti 10 000 manat təyin edilib.

Məlumata görə, hərrac 19 fevral 2025-ci il tarixində saat 11:00-da auksion formasında keçiriləcək.

Hərracda iştirak etmək istəyən fiziki və hüquqi şəxslər hərracla bağlı məlumat almaq, iştirak haqqı və 10% miqdarında beh məbləğini ödəmək üçün Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyinə müraciət edə bilərlər.

Mənbə

Leave A Reply

Your email address will not be published.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More