Yük avtomobillərinin yolda qalması nəqliyyat sıxlığına səbəb olub.
Oxu.Az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən (NİİM) məlumat verilib.
Bildirilib ki, Yasamal rayonu, Moskva prospekti, tunelə giriş hissədə texniki nasaz bir neçə yük avtomobili yolda qalıb.
Bu səbəbdən metronun “20 Yanvar” stansiyası istiqamətində nəqliyyat sıxlığı yaranıb.
Sıxlığın aradan qaldırılması məqsədilə tədbirlər görülür.
Bakıda “20 yanvar” metro stansiyası istiqamətində uzun tıxac yaranıb.
Oxu.Az xəbər verir ki, axşam saatlarında başlayan tıxac vətəndaşların mənzilbaşına vaxtında çatmasına mane olub.
Belə ki, yolun hər iki istiqamətində nəqliyyatın hərəkəti çətinləşib. Avtomobillərlə yanaşı ərazidə olan marşrut avtobusları da tıxacda vaxt itiriblər.
Həmin görüntüləri təqdim edirik: