Azərbaycanda 1,7 milyard manata başa gələn təşəbbüslər: Əsas istiqamətlər nələr olub?

“Qeyri-neft sektorunun dayanıqlı inkişafı, bu sahəyə xarici investisiyaların cəlb olunması, müasir standartların və qabaqcıl təcrübələrin tətbiqi ilə yeni müəssisələrin yaradılması əsas prioritetlərimizdəndir”.

Oxu.Az xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov “X” hesabında paylaşıb.

“Son beş ildə Azərbaycan İnvestisiya Şirkətinin dəstəyi ilə 19 yeni müəssisənin tikintisi daxil olmaqla, qida, tikinti, əczaçılıq, qablaşdırma, dağ-mədən, yaşıl enerji və digər sahələrdə 23 təşəbbüs reallaşdırılıb. Ümumi dəyəri 1,7 milyard manat olan bu layihələr yerli istehsalın artırılmasına, idxalı əvəzləyən məhsulların istehsalının təşviqinə və məşğulluğun dəstəklənməsinə xidmət edir”, – deyə nazir qeyd edib.



Mənbə

Leave A Reply

Your email address will not be published.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More