Ermənistan Rusiya hərbçilərini sərhəd mühafizəsindən kənarlaşdıracaq?

“İran və Türkiyə sərhədlərində erməni və rusiyalı sərhədçilərin birgə xidməti tərəflərin siyasi iradəsi olduğu müddətcə davam edəcək”.

Oxu.Az-ın TASS-a istinadən məlumatına görə, bu barədə Ermənistan baş naziri Nikol Paşinyan bəyan edib.

“Ölkə öz sərhədlərinin təhlükəsizliyini təmin etməlidir. Lakin bu o demək deyil ki, bunu başqalarının köməyi ilə etmək olmaz. İran və Türkiyə sərhədləri ilə bağlı biz müəyyən birgə xidmət həyata keçiririk. “Zvartnots” hava limanında biz 100% müstəqil xidmət göstəririk, Rusiya tərəfinə köməyə görə minnətdarıq. Ermənistan-İran sərhəd-keçid məntəqəsində biz 100% özümüz xidmət göstəririk. Sərhəd qoşunlarımız İranla sərhəddə xidmətə başlayıb. Bu, tərəflərin siyasi iradəsi məsələsidir. Bu siyasi iradə əməkdaşlıq etmək üçün olduğu müddətcə əməkdaşlıq edəcəyik. Gələcəkdə birgə xidmətin genişləndirilməsini istisna etmirəm”, – deyə hökumət başçısı bildirib.

2024-cü ilin oktyabrında Paşinyanın Moskvada Rusiya Prezidenti Vladimir Putinlə görüşündən sonra İrəvanda bildirilib ki, əldə edilmiş razılaşmaya əsasən, erməni sərhədçilər yanvarın 1-dən rusiyalı həmkarları ilə birlikdə respublikanın İran və Türkiyə ilə sərhədlərinin mühafizəsində iştirak edəcəklər.

Mənbə

Comments are closed.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More