“Azərbaycanda Fransa mədəniyyətinə qarşı heç bir mənfi yanaşma yoxdur. Fransa ilə bağlı araşdırmalar vacibdir”.
Oxu.Az xəbər verir ki, bunu Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin İdarə Heyətinin sədri Fərid Şəfiyev BMTM-in təşkilatçılığı ilə Bakıda keçirilən “Fransa və Ermənistan-Azərbaycan münaqişəsi” mövzusuna həsr olunmuş beynəlxalq tədbirdə jurnalistlərə açıqlamasında deyib.
O bildirib ki, böhranın səbəbi təkcə erməni diasporu deyil. Düzdür, burada erməni diasporu rol oynayır, ancaq məsələ təkcə bu deyil:
“Təəssüf ki, Fransa erməni revanşizmini alovlayır. Fransa birmənalı deyir ki, Ermənistanı dəstəkləyirəm, silah-sursat göndərəcəm”.
Mərahim Nəsib