HƏMAS-ın növbəti azad edəcəyi girovlar İsrail, ABŞ və Fransa vətəndaşlarıdır

Fələstin HƏMAS hərəkatı fevralın 1-də İsrail vətəndaşı Yarden Bibas, ABŞ pasportunun sahibi Kit Siqal və Fransa vətəndaşı Ofer Kalderonu azad edəcək.

Oxu.Az-ın məlumatına görə, müvafiq bəyanatı HƏMAS-ın hərbi qanadı – “İzzəddin əl-Qəssam Briqadaları” qruplaşmasının nümayəndəsi Əbu Ubeydə özünün “Telegram” kanalında dərc edib.

“İsraillə mübadilə sazişi çərçivəsində fevralın 1-də Ofer Kalderon, Kit Siqal və Yarden Bibası azad etmək qərarına gəldik”, – deyə o yazıb.

Xatırladaq ki, dünən HƏMAS İsraillə atəşkəs sazişi şərtlərinə əsasən azad edilən üç İsrail girovunu və beş Tailand vətəndaşını Qəzzada Beynəlxalq Qızıl Xaç Komitəsinin əməkdaşlarına təhvil verib.



Mənbə

Comments are closed.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More