Binəqədi Rayon İcra Hakimiyyəti başçısının sabiq birinci müavininə yeni vəzifə verilib.
Oxu.Az “Qaynarinfo”ya istinadən bildirir ki, Leysan Novruz oğlu Məmmədov “Qarabağ İqtisadi Rayonunda Bərpa, Tikinti və İdarəetmə Xidməti” publik hüquqi şəxsin icraçı direktoru təyin olunub.
Qeyd edək ki, Övsət Gülhəsən oğlu Həmidov bir müddət əvvəl Qarabağ İqtisadi Rayonunda Bərpa, Tikinti və İdarəetmə Xidmətinin icraçı direktoru vəzifəsindən azad edilib.
Leysan Məmmədov 14 fevral 2022-ci ildə Binəqədi Rayon İcra Hakimiyyəti başçısının birinci müavini vəzifəsinə təyin olunsa da, bir müddət sonra vəzifəsindən azad edilib. O, 2006-21-ci illərdə Gənclər və İdman Nazirliyinin Tikilməkdə olan obyektlərin müdiriyyətində direktor müavini, direktoru, 2021-ci ildən 2022-ci ilin fevral ayına qədər Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyində Aparat rəhbəri vəzifəsində çalışıb. Oğlu Elnur Məmmədovun “Sea Breeze”də restoranda dava salması ilə gündəmə gəlmişdi.