İstanbulda gənc silahla bütün ailə üzvlərini qətlə yetirib

İstanbulun Eyüpsultan rayonunda bir ailənin dörd üzvü güllələnərək qətlə yetirilib.

Oxu.Az bu barədə Türkiyənin “Milliyet” nəşrinə istinadən məlumat verib.

Hadisə ilə bağlı aparılan genişmiqyaslı istintaq çərçivəsində dəhşətli hadisənin həmin ailənin övladı tərəfindən törədildiyi üzə çıxıb.

Belə ki, adı açıqlanmayan gənc atasını, anasını, bacısını və nənəsini qətlə yetirib.

Hadisəni törədən şəxs artıq saxlanılıb. İnsidentin təfərrüatı araşdırılır.



Mənbə

Leave A Reply

Your email address will not be published.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More