Paşinyan: “İrəvan Bakıya Mehri vasitəsilə Naxçıvanla dəmir yolu əlaqəsi qurmağı təklif edib”

“Ermənistan regionda kommunikasiyaların açılması prosesi çərçivəsində Azərbaycanın qərb bölgələri ilə Naxçıvan arasında Ermənistanın Mehri şəhəri vasitəsilə yük daşımaları üçün dəmir yolu əlaqəsi qurmağı təklif edib”.

Oxu.Az-ın “Novosti Armeniya”ya istinadla verdiyi məlumata görə, bu barədə Ermənistanın baş naziri Nikol Paşinyan mətbuat konfransında bildirib.

“Biz yükdaşımalardan başlayacağıq, atmosfer daha münasib olduqda sərnişindaşımaları barədə də düşünəcəyik. Biz bu təklifi etmişik və müsbət cavab gözləyirik”, – deyə o bildirib.

O əlavə edib ki, təklifin niyə rədd edilməli olduğunu təsəvvür etmir.

Mənbə

Leave A Reply

Your email address will not be published.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More