Baku TV sorğu keçirərək paytaxt sakinlərinin bitki yağları haqqındakı fikirlərini öyrənməyə çalışıb.
“Hansı bitki yağına üstünlük verirsiniz?” sualına sakinlərin çoxu qarğıdalı və ya günəbaxan yağı cavabını versə də, zeytun yağından istifadə etdiyini deyənlər də olub.
Bitki yağlarını əsasən marketlərdən aldıqlarını deyən vətəndaşlar onların keyfiyyətindən əmin olmadıqlarını bildiriblər.
Sakinlərdən biri isə necə hazırlanmasını, tərkibini bildiyi yağı almağa üstünlük verdiyini söyləyərək “marketdən hər zeytun yağını almaq düzgün deyil”, – deyə sözlərinə əlavə edib.