Ağ Ev rəhbəri Donald Tramp BRICS ölkələrinin öz valyutasını yaratdığı və qarşılıqlı hesablaşmalarda ABŞ dollarından istifadədən imtina etdiyi təqdirdə Birləşmiş Ştatlara mal idxalına yüz faizlik tariflər tətbiq ediləcəyini bəyan edib.
Oxu.Az-ın verdiyi məlumata görə, bu barədə prezident özünün “Truth Social” sosial şəbəkə hesabında xəbər verib.
“Biz bu, ehtimal ki, düşmən ölkələrdən yeni BRICS valyutası yaratmamaq və güclü ABŞ dollarını əvəz etmək üçün hər hansı digər valyutanı dəstəkləməmək öhdəliyi tələb edəcəyik. Əks halda onlar 100 faizlik rüsumlarla üzləşəcək və ABŞ-nin gözəl iqtisadiyyatına satışlarla vidalaşmalı olacaqlar”, – deyə Tramp xəbərdarlıq edib.
Onun sözlərinə görə, BRICS-in beynəlxalq ticarətdə ABŞ dollarını əvəz etməsi üçün heç bir şansı yoxdur.
“Bunu etməyə cəhd edən hər hansı ölkə rüsumları salamlamalı və ABŞ ilə vidalaşmalıdır. Vaşinqtonun sadəcə dayanıb prosesi müşahidə edəcəyini düşünmək lazım deyil”, – deyə o bildirib.