Avropada növbəti böyük futbol günündən sonra ölkələrin UEFA əmsallar cədvəli yenilənib.
Oxu.Az xəbər verir ki, UEFA Avropa Liqasında Liqa mərhələsinin sonuncu – VIII turunun matçları bəzi gözlənildiyi kimi, bəzi dəyişikliklərə səbəb olub.
Belə ki, Şotlandiya və Danimarka İsveçrəni keçib, İsveç isə Kipri arxada qoyub.
“Qarabağ”ın Yunanıstanda “Olimpiakos”a 0:3 hesabı ilə uduzması Azərbaycanın mövqeyinə təsir etməyib. Xal hesabı 19.625-ə bərabər olan ölkəmiz Avropada 28-ci pillədə qalıb.
Cari mövsümün qazancı 2.875 xala bərabərdir. Ölkə reytinqi üçün “Zirə” və “Qarabağ”ın hər biri 1.250 xal, “Sabah” 0.250 xal, “Sumqayıt” isə 0.125 xal əldə edib.
Cədvəldə bizdən öndə olan Bolqarıstanın aktivində 19.875 xal var, bizdən arxada olan Sloveniyanın isə 18.343 xalı var – öndəkilərdən fərqli olaraq, sonuncuların avrokuboklarda hələ iki komandası çıxışını davam etdirir.
Qeyd edək ki, cədvələ 106.624 xalla İngiltərə başçılıq edir.