Almaniyanın keçmiş prezidenti vəfat edib

Almaniyanın keçmiş prezidenti Horst Köhler 81 yaşında vəfat edib.

Oxu.Az-ın “Haber Global”a istinadən xəbərinə görə, bu barədə Almaniya Prezident Aparatından məlumat verilib.

Məlumata görə, Köhler qısamüddətli ağır xəstəlikdən sonra paytaxt Berlində dünyasını dəyişib.

Almaniya Prezidenti Frank-Valter Ştaynmayer Köhlerin həyat yoldaşı Eva Luiz Köhlerə başsağlığı mesajı göndərib.

“Ölkəmiz üçün və dünyada böyük işlər görmüş, çox hörmətli və olduqca sevilən bir insanı itirdik”, – deyə o, mesajda bildirib.

Qeyd edək ki, 22 fevral 1943-cü ildə Polşada anadan olan Köhler 2004-cü ilin mayında Xristian Birlik Partiyaları və Azad Demokrat Partiyasının namizədi olaraq Almaniyanın 9-cu prezidenti seçilmiş, 2009-cu ilin may ayında keçirilən seçkidə ikinci dəfə prezident seçilmişdi.

Köhler 2010-cu ilin mayında Almaniya əsgərlərinin Əfqanıstandakı missiyası ilə bağlı şərhlərinə görə tənqidlərdən sonra tutduğu vəzifədən istefa vermişdi.

Horst Köhler həmçinin 2000-2004-cü illərdə Beynəlxalq Valyuta Fondunun prezidenti, 2017-2019-cu illərdə isə Birləşmiş Millətlər Təşkilatının (BMT) Qərbi Sahara üzrə xüsusi nümayəndəsi vəzifələrində çalışıb.



Mənbə

Comments are closed.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More