“Artik&Asti” qrupundan Sevil xoşbəxtlik reseptini açıqladı

Rusiyada “Artik&Asti” qrupunun solisti, müğənni Sevil Vəliyeva öz xoşbəxtlik reseptini bölüşüb.

Oxu.Az-ın məlumatına görə, o bu barədə “RU.TV” telekanalının “Tema” proqramında danışılıb.

Sevil hesab edir ki, taleyə təşəkkür edib irəli getmək vacibdir.

“Mənim üçün xoşbəxtlik minnətdarlıq və bolluqdur (hadisələrin). Həyat yalnız yaxşı hadisələrdən, gülüş və sevincdən ibarət ola bilməz. Nə isə mütləq baş verir. Hər kəsə bunu dərk etməyi arzulayıram, hətta kədərlənib ağladığınız vaxtlarda belə, təşəkkür edib, bunun kifayət olduğunu deyib, irəli gedib gülümsəmək lazımdır”, – deyə o bildirib.

İfaçı bildirib ki, mənfi təcrübələr də baş verdiyi üçün həyatı bütün təzahürləri ilə qəbul etmək zəruridir.

“Bütün həyat bu harmoniyadan ibarətdir – hər iki tərəfi qəbul etmək vacibdir”, – deyə müğənni bildirib.



Mənbə

Leave A Reply

Your email address will not be published.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More