Azad edilən iki israilli girov Qızıl Xaça təhvil verildi

Qəzzada azad edilən iki israilli – Yarden Bibas və Ofer Kalderon Qızıl Xaç Cəmiyyətinə təhvil verilib və İsrail hərbçilərinin olduğu mövqelərə doğru yola düşüb.

Oxu.Az-ın xəbərinə görə, bu barədə İsrail Müdafiə Qüvvələrinin (IDF-SAXAL) Mətbuat Xidmətindən məlumat verilib.

“Qızıl Xaç Cəmiyyətinin verdiyi məlumata görə, iki girov öz nümayəndələrinə təhvil verilib və onlar Qəzza zolağında IDF qüvvələrinə doğru gedirlər”, – deyə məlumatda bildirilib.

Yarden Bibasın həyat yoldaşı və uşaqları – Şiri, Ariel və Kfirin taleyi ilə bağlı yekun rəsmi məlumat dərc edilməyib.

Oferin anası oğlunun yaxşı göründüyünü deyib.



Mənbə

Leave A Reply

Your email address will not be published.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More