Bərdəyə qaçaqmalçılıqla narkotik gətirənlər həbs edildilər

Bərdə rayonunda İrandan Azərbaycana qaçaqmalçılıq yolu ilə narkotik gətirməkdə təqsirləndirilən şəxslər həbs ediliblər.

Oxu.Az xəbər verir ki, Bərdə Rayon Polis Şöbəsinin əməkdaşları narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı əməliyyat keçiriblər.

Əməliyyat nəticəsində əvvəllər məhkum olunan Elcan Mirzəyev və Əhməd Əhmədzadə saxlanılıblar. Onlardan 5 kiloqram marixuana aşkarlanaraq götürülüb.

Həmin şəxslərin narkotiki İrandan qaçaqmalçılıq yolu ilə Azərbaycana gətirərək Bərdə rayonunda satışını təşkil etməyi planlaşdırdıqları məlum olub.

Saxlanılanlar barəsində həbs qətimkan tədbiri seçilib.

Faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.



Mənbə

Leave A Reply

Your email address will not be published.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More