Bakının Binəqədi rayonunun Binəqədi qəsəbəsinin Telman Kəlbiyev küçəsində kanalizasiya xəttinin çəkilməsi ilə əlaqədar fevralın 3-dən işlər yekunlaşanadək T.Kəlbiyev və Zəngəzur küçələrində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq.
Oxu.Az-ın xəbərinə görə, bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyindəki Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi məlumat yayıb.
Bildirilir ki, məhdudiyyətlə əlaqədar 41 nömrəli marşrutun hərəkət sxemi müvəqqəti dəyişdiriləcək.
Avtobuslar N.Mustafayev, G.Ramazanov, F.Qurbanlı və Xanqızı küçələri ilə keçməklə Araz küçəsinədək hərəkət edəcək.