Bundesliqa: “Bavariya” autsayder qarşısında çətin anlar yaşadı

Almaniya Bundesliqasında 20-ci turun görüşləri keçirilir.

Oxu.Az xəbər verir ki, lider “Bavariya” doğma azarkeşləri önündə autsayder “Holştayn”ı qəbul edib.

Münhen klubu Kil təmsilçisi qarşısında çətin anlar yaşayıb. Meydan sahibləri matçın əsas vaxtına əlavə olunmuş dəqiqələrində 2 qol buraxsalar da, yekunda 4:3 hesablı qələbə qazanıblar. Qonaqların heyətində Skjibski, ev sahiblərindən isə Keyn dublla yadda qalıb.

Bu nəticədən sonra “Bavariya” xallarını 51-ə çatdıraraq liderliyini möhkəmləndirib. “Holştayn” isə 12 xalla yarış cədvəlində sondan əvvəlki – 17-ci yeri tutur.



Mənbə

Leave A Reply

Your email address will not be published.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More