İran kosmik proqram pərdəsi altında gizli nüvə silahı hazırlayır?

“İran Müdafiə Nazirliyinin nüvə işləmələrinə cavabdeh olan gizli agentliyi ölkənin kosmik proqram obyektlərində fəal şəkildə çalışır”.

Oxu.Az-ın “Fox News” telekanalına istinadən verdiyi məlumata görə, bu barədə Parisdə yerləşən İran Milli Müqavimət Şurasının (NCRI) hesabatından aydın olub.

Bir neçə ay ərzində toplanmış məlumatlar göstərir ki, İranın Müdafiə İnnovasiyaları və Tədqiqatları Təşkilatı əvvəllər yalnız kosmik işləmələrlə bağlı hesab edilən Şahrud və Səmnan obyektlərində nüvə başlıqlarının yaradılması üzərində işini gücləndirib.

Hesabatda xüsusi diqqət Tehranın 2024-ci ilin sentyabrında “Chamran-1” tədqiqat peykini buraxmaq üçün istifadə etdiyi “Qaem-100” daşıyıcı raketinə yönəlib. NCRI ekspertləri hesab edirlər ki, bu raket nüvə başlığı daşıya bilər.

Bundan əlavə, Səmnandakı kosmodromundan ağır peykləri orbitə çıxara bilən, lakin həm də nüvə yüklərinin çatdırılması üçün uyğunlaşdırılan maye yanacaqlı “Simorgh” tipli raketlərin yaradılması üçün istifadə edildiyi güman edilir.

Kanalda bildirilib ki, İran prezidenti Məsud Pezeşkianın ölkənin nüvə silahı yaratmaq məqsədi daşımadığı barədə bəyanatlarına baxmayaraq, NCRI-nin hesabatı dünya ictimaiyyətində ciddi narahatlıq doğurub.



Mənbə

Leave A Reply

Your email address will not be published.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More