İş məqsədi ilə İrana səfər edən üç Hindistan vətəndaşı itkin düşüb.
Oxu.Az “Azad İran” “Telegram” kanalına istinadən xəbər verir ki, bu barədə Hindistan Xarici İşlər Nazirliyi (XİN) məlumat verib.
Hindistan XİN-in nümayəndəsi Randhir Caisval bildirib ki, Hindistan rəsmiləri itkin düşən üç Hindistan vətəndaşının axtarışı üçün İranın bu ölkədəki səfirliyi və İran XİN ilə daimi əlaqə saxlayır.