Məzahir Pənahov: “Hərbi hissələrdə səsvermə prosesi açıq şəkildə həyata keçirilir”

“Hərbi hissələrdə səsvermənin şəffaf şəkildə həyata keçirilməsi baxımından Azərbaycan dünyaya nümunədir. Proses açıq şəkildə həyata keçirilir və biz şərait yaradırıq ki, istəyən gedib buna əmin ola bilər”.

Oxu.Az xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov MSK-nın bələdiyyə seçkisi ilə bağlı keçirilən iclasında deyib.

O bildirib ki, beynəlxalq qurumlar da artıq bu reallığı qəbul edirlər:

“Bu addımların nəticəsində hətta hər şeydən problem çıxarmağa çalışan maraqlı tərəflər də görür və qəbul edirlər ki, bu proses yüksək səviyyədə həyata keçirilir”.

Mərahim Nəsibov

Mənbə

Leave A Reply

Your email address will not be published.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More