Mingəçevirdə ailə faciəsi yaşanıb.
Oxu.Az Baku TV-yə istinadən məlumat verir ki, maşın vuran yeniyetmənin nənəsi, 64 yaşlı Lalaxanım Rzayeva canına qəsd edib.
Mərhumun qohumu Samir Məmmədovun sözlərinə görə, Lalaxanım Rzayeva həyatına son qoymazdan əvvəl nəvəsinin ölümünə dözə bilməyəcəyini deyib:
“Sözün bitdiyi andır. Nəvəsi ilə nəfəs alırdı. Dərdə dözmədi. “Nəvəmin ölümünü görə bilmərəm. Görsəm, ürəyim partlayar” deyirdi. Sonra da dərman içərək canına qəsd etdi”.
Mərhumun qohumu Elman Şahverdiyev bildirib ki, Lalaxanım Rzayeva komada olan nəvəsinin durumunun ağır olduğunu öyrəndikdən sonra həyatına son qoymaq qərarına gəlib:
“Dedilər ki, uşağın vəziyyəti ağırdır, geriyə dönüş yoxdur. Bunu eşidəndə söylədi ki, nəvəmi o biri dünyada qarşılayacağam”.
Ətraflı süjetdə: