MSK sədri: “Seçki günü baş verən neqativ hadisələrin sayı azalıb”

“Məntəqə daxilində məntəqənin işindən razı olmayan tərəflərə aidiyyəti şəxslərin münasibəti son 10-15 ilə nisbətən çox fərqlənir”.

Oxu.Az xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov MSK-nın bələdiyyə seçkisinin nəticələri ilə bağlı keçirilən iclasında deyib.

O bildirib ki, bu istiqamətdə neqativ hadisələrin sayı azalıb:

“Çünki səsvermə günü məntəqələrdə seçiciyə mane olan heç bir addım atıla bilməz. İstər komissiya katibi, üzvü, məntəqə sədri namizədin özü və ya nümayəndəsi ilə danışanda yalnız Seçki Məcəlləsinin tələblərinə uyğun danışır və etirazlara da elmi prinsiplər üzərindən cavab verirlər”.

Mərahim Nəsib

Mənbə

Leave A Reply

Your email address will not be published.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More