Pentaqon rəhbəri Meksika narkokartellərə qarşı xüsusi hərbi əməliyyatların anonsunu verdi

Ağ Ev rəhbəri Donald Tramp Meksika narkokartellərini terror təşkilatları kimi tanıyan fərman imzalayıb.

Oxu.Az-ın verdiyi məlumata görə, bu barədə ABŞ müdafiə naziri Pit Heqset məlumat verib.

Onun sözlərinə görə, bu qərar sayəsində ABŞ hərbçiləri artıq Meksika ərazisində narkobaronlara qarşı xüsusi əməliyyatlar keçirmək səlahiyyətinə malikdirlər.

Pentaqon rəhbəri yaxın vaxtlarda belə əməliyyatların planlaşdırılıb-planlaşdırılmadığını dəqiqləşdirməyib.

Tramp, həmçinin qeyri-qanuni miqrantlar arasından xüsusilə təhlükəli cinayətkarların saxlanılması üçün Quantanamo bazasında xüsusi düşərgə yaradılmasını əmr edib.

Pit Heqsetin sözlərinə görə, hərbi-dəniz bazası bu məqsədlər üçün ideal məkandır.

“Burada biz minlərlə, lazım gələrsə, onminlərlə insanı yerləşdirə bilərik”, – deyə ABŞ müdafiə naziri vurğulayıb.



Mənbə

Leave A Reply

Your email address will not be published.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More