Rusiyanın “Mərkəz” hərbi qruplaşmalarının bölmələri Donetsk vilayətinin Krımskoye yaşayış məntəqəsini nəzarətə götürüb.
Oxu.Az-ın xəbərinə görə, bu barədə Rusiya Müdafiə Nazirliyindən məlumat verilib.
Məlumata görə, həmçinin Donetskin Novoaleksandrovka, Dzerjinsk, Drujba, Lısovka, Slavyanka, Baranovka, Novoandrevka və Kotlino yaşayış məntəqələri ərazisində Ukrayna Silahlı Qüvvələrinin dörd mexanikləşdirilmiş, motoatıcı, aeromobil briqadasının və Milli Qvardiya briqadasının canlı qüvvəsi və texnikasına zərbələr endirilib.
“Düşmən 570-ə qədər hərbçisini, iki tankını, o cümlədən Almaniya istehsalı olan “Leopard”ı, dörd ədəd döyüş zirehli maşını, doqquz pikap və üç səhra artilleriya qurğusunu itirib”, – deyə nazirlikdən bildirilib.