Britaniyanın nüfuzlu “Give me Sport” portalı tarixin ən yaxşı braziliyalı futbolçularının reytinqini dərc edib.
Bu barədə Oxu.Az Championat.com nəşrinə istinadən xəbər verir.
Məlumata görə, reytinqin ilk pilləsində yeganə üçqat dünya çempionu olan əfsanəvi hücumçu Pele qərarlaşıb.
İkinci yeri Braziliya millisi ilə iki dəfə Dünya Kubokunu qazanan və iki dəfə “Qızıl top” mükafatını alan məşhur hücumçu Ronaldo tutub. Reytinqin “bürünc”ünü Qarrinça qazanıb.
Reytinqin sıralaması aşağıdakı kimidir:
1. Pele
2. Ronaldo
3. Qarrinça
4. Ronaldinyo
5. Rivaldo
6. Romario
7. Neymar
8. Ziko
9. Didi
10. Jarjinyo.
Xatırladaq ki, Neymar bu siyahıda hazırda oynamağa davam edən yeganə oyunçudur. Braziliyalı ötən gün rəsmi olaraq “Santos”a qayıdıb.