UEFA reytinqi: “Qarabağ” bir pillə geriləyib

Azərbaycan klublarının UEFA reytinqindəki yeni mövqeləri bəlli olub.

Oxu.Az xəbər verir ki, UEFA Çempionlar Liqasının və UEFA Avropa Liqasının Liqa mərhələlərində 8-ci turun matçlarından sonra klubların UEFA reytinqi yenilənib.

Azərbaycan təmsilçisi “Qarabağ”ın Avroliqada “Olimpiakos”a 0:3 hesabı ilə uduzmasından sonra Ağdam təmsilçisinin sıralamadakı mövqeyi dəyişib.

Aktivində 32.000 xalı olan Qurban Qurbanovun komandası bir pillə geriləyərək 66-cı yerdə qərarlaşıb.

Danimarkanın “Midtyulland” komandası 32.750 xalla “Qarabağ”ı geridə qoyub.

Digər Azərbaycan təmsilçilərindən “Neftçi” 8.000 xalla 181-ci pillədədir. “Zirə”, “Sabah”, “Sumqayıt” 4.000 xalla 310-cu yeri bölüşürlər. “Qəbələ” və “Şamaxı” isə 3.925 xalla 329-cu yeri paylaşırlar.

Qeyd edək ki, reytinq cədvəlinə 138.500 xalla “Real” liderlik edir.



Mənbə

Comments are closed.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More