Avropa İttifaqı ABŞ-yə xəbərdarlıq etdi

ABŞ Avropa İttifaqı (Aİ) ölkələrindən gələn mallara rüsum tətbiq etsə, birlik buna sərt reaksiya verəcək.

Oxu.Az xəbər verir ki, bu barədə “Agence France-Presse” agentliyi Avropa Komissiyasının nümayəndəsinə istinadən məlumat yayıb.

“Aİ qəti şəkildə inanır ki, aşağı tariflər artıma və iqtisadi sabitliyə kömək edir, lakin ədalətsiz tariflər tətbiq olunsa, sərt şəkildə cavab veriləcək”, – mənbə bildirib.

Xatırladaq ki, ABŞ Prezidenti Donald Tramp Kanada, Çin və Meksikadan idxal olunan mallara rüsumların tətbiqi haqqında fərman imzalayıb. Meksika və Kanadadan idxala 25 % rüsum tətbiq ediləcək. Çindən gələn mallara isə 10 % əlavə rüsumlar tətbiq olunacaq.



Mənbə

Leave A Reply

Your email address will not be published.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More