Egey dənizində son 48 saat ərzində 200-dən çox zəlzələ baş verib

Egey dənizində fevralın 1-dən 3-dək ən kiçiyi 1.3 bal, ən böyüyü 4.8 bal olmaqla, 48 saat ərzində 200-dən çox təkan qeydə alınıb.

Oxu.Az-ın Türkiyə KİV-ə istinadən xəbərinə görə, bu barədə Türkiyə Fövqəladə Halların İdarə Olunması Agentliyindən (AFAD) məlumat verilib.

Məlumata görə, yanvarın 2-də saat 20:41-də episentri Egey dənizi olan 4.5 bal gücündə zəlzələ baş verib və yeraltı təkanların ocağı 10.45 kilometr dərinlikdə olub.

Daha sonra saat 20:45-də 4.4 bal gücündə ardıcıl iki yeraltı təkan qeydə alınıb.

Yanvarın 3-də saat 07:20-də Egey dənizində 3.9 bal gücündə daha bir zəlzələ baş verib.



Mənbə

Comments are closed.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More