Ərəblərin transfer planı – Vinisius yoxdursa, Rodriqo var

Səudiyyə Ərəbistanının “Əl-Hilal” klubu “Real Madrid”in braziliyalı ulduz futbolçusu Rodriqo üçün astronomik təklif göndərib.

Oxu.Az “Fichajes” nəşrinə istinadən xəbər verir ki, daha əvvəl Vinisius Juniora 300 milyon avro təklif edən “Əl-Hilal” rəsmiləri bu dəfə həmin məbləği Rodriqo üçün ödəməyə hazırdırlar.

24 yaşlı futbolçunun Madrid klubu ilə müqaviləsi 2028-ci ilin iyun ayına qədər nəzərdə tutulub.

Qeyd edək ki, Rodriqo cari mövsüm çıxış etdiyi 29 matçda 12 qol və 7 assistlə yadda qalıb.



Mənbə

Leave A Reply

Your email address will not be published.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More