ABŞ-nin hökumətin səmərəliliyi departamentinin rəhbəri İlon Mask ABŞ-nin Beynəlxalq İnkişaf Agentliyinin (USAID) ləğvi prosesinin davam etdiyini açıqlayıb.
Oxu.Az xəbər verir ki, İ.Mask bu barədə özünün “X” səhifəsində yayımlanan videoda qeyd edib.
“Biz USAID-in ləğvi prosesindəyik”, – deyə İ.Mask qeyd edib.
İ.Maskın sözlərinə görə, artıq USAID-in fəaliyyətini bərpa etmək mümkün deyil.
“Bu alma artıq qurdlu da deyil, o, sadəcə bir parça qurddur… Alma olmadığı üçün o, birdəfəlik atılmalıdır”, – deyə İ.Mask qeyd edib.