İranda Hindistan vətəndaşlarının hansı səbəbdən itkin düşdükləri məlum oldu

Hindistanın üç vətəndaşının İrana daxil olduqdan sonra itkin düşdüklərinin səbəbi məlum oldu.

Oxu.Az xəbər verir ki, bu barədə “Azad İran” “Telegram” kanalı məlumat verib.

Bununla bağlı, iranlı vəkil Sədi Nəqədi bildirib ki, iki Hindistan vətəndaşı – Yugeş Pançal və Məhəmməd Sədiq qadağan olunmuş ərazilərin şəkillərini çəkdiyinə görə həbs ediliblər. Bildirilib ki, Yugeş Pançal yaxın bir neçə saatdan sonra ölkədən deportasiya ediləcək. Məhəmməd Sədiq isə Omana uçub.

Hələlik üçüncü Hindistan vətəndaşı barədə heç bir açıqlama verilməyib.



Mənbə

Leave A Reply

Your email address will not be published.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More