İtaliya nəhəngi “Qalatasaray”ın müdafiəçisinə elçi düşüb

Superliqa təmsilçisi “Qalatasaray”ın mərkəz müdafiəçisi Viktor Nelsson İtaliya klubuna keçməyə yaxındır.

Oxu.Az “SporX”ə istinadən xəbər verir ki, 26 yaşlı futbolçu “Roma”nın təklifini qəbul edib.

Həmçinin klublar arasında prinsipial razılıq əldə olunub. Tərəflər arasında danışıqlar davam edir.

İtaliya təmsilçisi Nelssonu qalıcı olaraq alma variantı ilə icarəyə götürmək istəyir.

Qeyd edək ki, müdafiəçi bu mövsüm “Qalatasaray” forması ilə 18 matçda meydana çıxıb.



Mənbə

Leave A Reply

Your email address will not be published.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More