“Kəpəz”dən 13 il sonra bir ilk

“Kəpəz” Azərbaycan Premyer Liqasında ardıcıl ikinci ev oyununda 3 və ya daha çox qol vuraraq 13 il sonra ilkə imza atıb.

Oxu.Az xəbər verir ki, Azərbaycan Premyer Liqasının XIX turunda “Turan Tovuz”a 5:2 hesabı ilə qalib gələn Gəncə klubu XXI turda “Sabah”a qarşı məhsuldarlıq nümayiş etdirib (3:2).

“Kəpəz” son 13 mövsümdə ilk dəfə ardıcıl iki dəfə qonaqların qapısına minimum 3 top vurub.

Qərblilər sonuncu dəfə 2011/12 mövsümündə belə göstəriciyə imza atıblar. Gəncə təmsilçisi 2012-ci ilin martında “Qəbələ”ni 3:2, “Sumqayıt”ı 4:1 hesabı ilə məğlub edib.

Qeyd edək ki, “Kəpəz”in evdə ardıcıl üç və ya daha çox top vurduğu oyunların sayındakı rekordu 7 matçdan ibarətdir. Bu seriya 1997-98-ci illərdə qeydə alınıb.



Mənbə

Leave A Reply

Your email address will not be published.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More