Yeni ünvana köçürülən “Keşlə bazarı”nın yerləşdiyi məkan böyük, səliqə-sahman qaydasında olsa da, bəzi problemlər həm alıcıları, həm də satıcıları narahat edir.
Belə ki, bazar yolun kənarında deyil, daha içəri ərazidə yerləşir. Həmçinin parklanma yerlərinin az olması buraya gələn müştərilərin sayını azaldır.
Satıcılar alıcıların avtomobillərini saxlamaq üçün yer tapmaqdan şikayətləndiklərini bildiriblər.
“Maşını burada zülmlə saxladım, yer yox idi”, – deyə bazara gələn alıcı Baku TV-yə açıqlamasında söyləyib.
Daha ətraflı Baku TV-nin süjetində: