“Sosial şəbəkələrdə bələdiyyə seçkisi ilə bağlı yayılan görüntüləri araşdıracağıq”.
Oxu.Az xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) Sədri Məzahir Pənahov deyib.
O bildirib ki, bələdiyyə seçkisi ilə bağlı sosial şəbəkə platformalarında yayılan görüntüləri araşdırmaq üçün MSK-da xüsusi qrup yaradılıb.
Xatırladaq ki, bu il yanvarın 29-da Azərbaycanda bələdiyyə seçkisi keçirilib. Seçkidə 1 milyon 874 min 810 seçici səsvermə hüququndan istifadə edib və seçici fəallığı 31.45% olub.
Aləmdə Nəsib