Milli Məclisin yaz sessiyasının qanunvericilik işləri planı təsdiqləndi

Milli Məclisin yaz sessiyasının qanunvericilik işləri planı təsdiqlənib.

Oxu.Az xəbər verir ki, bununla bağlı parlamentin yaz sessiyasının bu gün keçirilən ilk iclasında məsələ müzakirə olunub.

Yaz sessiyasının qanunvericilik işləri planına Prezidentin, Milli Məclisin deputatlarının, Ali Məhkəmənin, seçki hüququ olan 40 min vətəndaşın, Prokurorluğun, Naxçıvan Ali Məclisinin qanunvericilik təşəbbüsü qaydasında təqdim etdiyi qanun layihələri, “2024-cü il dövlət büdcəsinin icrası haqqında”, “Hərbi qulluqçuların statusu haqqında” və “Azərbaycan Respublikasının beynəlxalq müqavilələrinin bağlanması, icrası və ləğv edilməsi” haqqında qanun layihələri daxil edilib.

Həmin müddətdə Dövlət Qulluğu Məcəlləsi layihəsinin hazırlanması da nəzərdə tutulur.

Müzakirələrin sonunda Milli Məclisin 2025-ci il yaz sessiyasının qanunvericilik işləri planı haqqında Milli Məclisin qərar layihəsi səsə qoyularaq qəbul edilib.

Mərahim Nəsib

Mənbə

Leave A Reply

Your email address will not be published.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More