Nöqsanlar aşkarlanan su emalı müəssisəsinin fəaliyyəti dayandırıldı

Bakı şəhəri, H.Mirzəyev 1069 ünvanında yerləşən, fiziki şəxs Namik Səlim oğlu Yusifova məxsus qablaşdırılmış su emalı müəssisəsində keçirilmiş yoxlama zamanı ciddi nöqsanlar müəyyən olunub.

Oxu.Az xəbər verir ki, bu barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) məlumat yayılıb.

Bildirilib ki, müəssisənin qida təhlükəsizliyi qeydiyyatından keçmədən fəaliyyət göstərdiyi, emal zamanı texnoloji ardıcıllıq prinsipinin pozulduğu, qablaşdırma materiallarının yuyulması prosesinin kustar üsulla həyata keçirildiyi, 19 litrlik “Xanbulaq” əmtəə nişanlı suların qablaşdırılmasında istehsal tarixinin qeyd edilmədiyi aşkarlanıb.

Faktla bağlı fiziki şəxs barəsində inzibati protokol tərtib edilib, müəssisənin fəaliyyəti dayandırılıb.



Mənbə

Leave A Reply

Your email address will not be published.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More