Parlamentin yeni komissiyaları yaradıldı

Milli Məclisin Hesablayıcı və İntizam komissiyaları yaradılıb.

Oxu.Az xəbər verir ki, bununla bağlı parlamentin bugünkü plenar iclasında komissiyaların yaradılması haqqında qərar layihələri müzakirəyə çıxarılıb.

Hesablayıcı komissiyasının tərkibinə deputatlar Naqif Həmzəyev, Sevinc Hüseynova, Eldar Quliyev, Soltan Məmmədov, Rövşən Muradov, Səbinə Salmanova və Mixail Zabelin daxil ediliblər.

İntizam komissiyasının tərkibinə isə Kamal Cəfərov, Afət Həsənova, Məlahət İbrahimqızı, Eldar İbrahimov, Kəmaləddin Qafarov, Nəsib Məhəməliyev, Hikmət Məmmədov, Məşhur Məmmədov, Asim Mollazadə, Səttar Möhbalıyev, Nizami Səfərov daxil ediliblər.

Hər iki qərar layihəsi səsə qoyularaq qəbul edilib.

Mərahim Nəsib

Mənbə

Leave A Reply

Your email address will not be published.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More