AAYDA-nın İdarə Heyətinin tərkibi genişləndirildi

Prezident İlham Əliyev “Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin yaradılması haqqında” 18 oktyabr 2017-ci il tarixli və “Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin fəaliyyətinin təmin edilməsi haqqında” 19 dekabr 2017-ci il tarixli fərmanlarında dəyişiklik edib.

President.az xəbər verir ki, bununla bağlı dövlət başçısı yeni fərman imzalayıb.

Fərmana əsasən, Agentliyin İdarə Heyətinin (İH) üzvlərinin sayı 3-dən 4-ə, o cümlədən Prezidentin vəzifəyə təyin və vəzifədən azad etdiyi İH sədrinin müavinlərini sayı 2-dən 3-ə çatdırılıb.

Mənbə

Leave A Reply

Your email address will not be published.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More