Basketbol ulduzunun oğlu həbs edilib

Altıqat NBA çempionu Maykl Cordanın oğlu Markus ABŞ-nin Florida ştatında sərxoş vəziyyətdə avtomobil idarə etdiyinə, kokain saxladığına və saxlanılarkən polisə müqavimət göstərdiyinə görə həbs edilib.

Oxu.Az xəbər verir ki, bu barədə TMZ məlumat verib.

Hadisənin təfərrüatı hələlik məlum deyil, lakin TMZ Orinc dairəsinin həbsxanasında saxlanılan 34 yaşlı Markus Cordanın həbs edilərkən çəkilmiş fotoşəklini dərc edib.

Xatırladaq ki, Markus Maykl Cordanın beş övladından ikincisidir.



Mənbə

Comments are closed.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More