Çin ABŞ məhsullarına yeni rüsumlar tətbiq edir

Çin Xalq Respublikasının Dövlət Şurası 2025-ci il fevralın 10-dan etibarən ABŞ enerji resurslarının idxalına rüsumlar tətbiq edir. Neftə 10%, kömür və maye qaza isə 15% həcmində rüsum tətbiq ediləcək.

Oxu.Az TASS-a istinadən xəbər verir ki, bu barədə Dövlət Şurasının fərmanında deyilir.

Bundan başqa, Amerikanın çoxlitrajlı avtomobillərinə, pikap avtomobillərinə və kənd təsərrüfatı texnikalarına 10% rüsum tətbiq ediləcək.

Qeyd edək ki, keçən həftə ABŞ Prezidenti Donald Tramp Kanada, Meksika və Çindən malların idxalına əlavə rüsumlar tətbiq edən fərman imzalayıb. Çin üçün rüsumlar 10%, Kanada və Meksika üçün 25% təşkil edir.



Mənbə

Leave A Reply

Your email address will not be published.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More