Egey dənizində ard-arda zəlzələlər: Türkiyədə təcili iclas çağırılır

Egey dənizində ard-arda baş verən zəlzələlərdən sonra Türkiyənin Muğla, Aydın, Denizli, Manisa və İzmir Böyükşəhər bələdiyyə sədrləri Cümhuriyyət Xalq Partiyasının (CHP) yerli idarəetmələr və dayanıqlı şəhərlər üzrə sədr müavini Gökan Zeybekin koordinasiyası ilə İzmirdə təcili iclas keçirəcəklər.

Bu barədə Oxu.Az “Haber Global”a istinadən xəbər verir.

Məlumata görə, bələdiyyə sədrləri yanvarın 28-dən etibarən Egey dənizindəki Kiklad adaları bölgəsində intensivləşən seysmik aktivlik və qeydə alınan 400-dən çox zəlzələ ilə bağlı qiymətləndirmə aparacaqlar.

İclasda müzakirə olunan məsələlər barədə saat 15:00-da (Bakı vaxtı ilə 16:00) açıqlama veriləcək.



Mənbə

Leave A Reply

Your email address will not be published.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More