Suriyanın şimalında, “Azadlıq şəfəqi” əməliyyatı çərçivəsində terror təşkilatı PKK/YPG-dən təmizlənən Mənbicdə bombalı hücum olub.
Oxu.Az xəbər verir ki, bu barədə “Haber Global”ın hazırladağı süjetdə bildirilir.
Qeyd olunur ki, partlayış nəticəsində 20 nəfər həyatını itirib. Bu hadisə Əsəd rejiminin devrilməsindən sonra ölkədə baş verən ən qanlı hücum olub.
Məlumata görə, avtomobilə bomba yerləşdirilib və tarlalara gedən fermerlər, mülki şəxslər hücumun hədəfinə çevrilib. Partlayan avtomobilin yanında mədən işçilərini daşıyan pikap da olub.
Partlayışdan sonra ərazidə yanğın başlayıb. Suriya Mülki Müdafiə qüvvələri yanğına müdaxilə edib və yaralıları yaxınlıqdakı xəstəxanalara çatdırıb. Hücum nəticəsində ölənlər var, onların əksəriyyəti qadın olub, çoxlu sayda mülki şəxs yaralanıb.
Hələlik heç bir təşkilat hücuma görə məsuliyyəti üzərinə götürməyib. Yerli təhlükəsizlik qüvvələri aksiyanın PKK/YPG terror təşkilatı tərəfindən həyata keçirildiyi ehtimalını nəzərdən keçirir.
Xatırladaq ki, 35 gün ərzində Mənbicdə 7 terror aktı törədilib.
Daha ətraflı videoda: