Həşərat dişləmələrinin yerlərini qaşımaq faydalı imiş – Alimlərdən inanılmaz tədqiqat

Həşərat dişləmələrinin yerlərini qaşımaq orqanizmimizə infeksiyalarla mübarizədə kömək edir.

Oxu.Az-ın verdiyi məlumata görə, bunu Pittsburq Universitetinin amerikalı alimləri kəşf ediblər. Onların tədqiqatlarının nəticələri nüfuzlu “Science” elmi jurnalında dərc edilib.

Alimlər qaşıntı, qaşıma və iltihab arasında əvvəllər məlum olmayan neyroimmun əlaqəni aşkar ediblər.

Komanda qaşınmaya həssas olan neyronların rolunu öyrənmək üçün genetik modifikasiya olunmuş siçanlardan istifadə edib. Onlar müəyyən ediblər ki, qaşınma P maddəsini (SP) ifraz edən ağrı neyronlarını aktivləşdirir. Bu maddə hüceyrələri stimullaşdıraraq iltihabı artırır və infeksiya ilə mübarizə aparan neytrofilləri cəlb edir.

Qaşıma dermatit kimi bəzi dəri xəstəliklərində iltihabı ağırlaşdıra bilsə də, o həmçinin dəri zədələnmələrində “Staphylococcus aureus” kimi bakteriyaların miqdarını azaltmağa kömək edir.

Bundan əlavə, qaşıma mikrofloranın disbalansının qarşısını alaraq dəri mikrobiomuna təsir göstərə bilər.

Lakin alimlər xəbərdarlıq edirlər ki, atopik dermatit kimi xroniki xəstəliklərdə qaşıma “qaşınma-qaşıma” qüsurlu dairəsinin bir hissəsinə çevrilə bilər, iltihabı və narahatlığı artıra bilər.

Məlumatlar bir çox dəri xəstəliklərinin əsas simptomu olan xroniki qaşınmanın müalicəsi üçün yeni üsulların işlənib hazırlanmasına əsas ola bilər.



Mənbə

Leave A Reply

Your email address will not be published.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More