Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov Beynəlxalq Valyuta Fondunun (BVF) Azərbaycan üzrə missiya rəhbəri Anna Bordonun başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.
Oxu.Az xəbər verir ki, o bu barədə özünün “X” hesabında paylaşım edib.
“Görüşümüzdə BVF-nin missiyasının əsas nəticələri təqdim edilib. Ölkəmizdə iqtisadi artım, inflyasiya, idxal və ixrac göstəriciləri, maliyyə sektorunda çağırışlar diqqətə çatdırılıb.
İqtisadi diversifikasiyada özəl sektorun rolunun artırılması, vergi islahatları, dayanıqlı maliyyə imkanlarının təmin edilməsi, dövlət-özəl tərəfdaşlığının, şəffaflığın, iqlim fəaliyyətinin gücləndirilməsi və dövlətə məxsus müəssisələrin fəaliyyətinin təkmilləşdirilməsi barədə müzakirələr aparılıb”, – nazir bildirib.
Beynəlxalq Valyuta Fondunun (BVF) (@IMFNews) #Azərbaycan üzrə missiya rəhbəri Anna Bordonun başçılıq etdiyi nümayəndə heyəti ilə görüşümüzdə BVF-nin missiyasının əsas nəticələri təqdim edildi.
Ölkəmizdə #iqtisadi artım, inflyasiya, idxal və ixrac göstəriciləri, maliyyə sektorunda… pic.twitter.com/UVoNF6I84d— Mikayil Jabbarov (@MikayilJabbarov) February 4, 2025