“Qəbələ”nin 15 yaşlı futbolçusu Emil Təhməzov 10 oyunluq diskvalifkasiya edilib.
Oxu.Az xəbər verir ki, bu barədə qərarı AFFA-nın İntizam Komitəsi verib.
Buna U-15 Liqasında keçirilən “Asta” – “Qəbələ” matçından sonra baş verənlər səbəb olub.
Görüş bitdikdən sonra Təhməzov hakimə fiziki təzyiq göstərdiyinə (əli ilə vurduğuna) görə qırmızı vərəqə alıb. AFFA bu üzdən onu 10 oyun cəzalandırıb.
Comments are closed, but trackbacks and pingbacks are open.