Azərbaycan Kuboku: Dörddəbir final mərhələsinə iki görüşlə start veriləcək

Bu gün Azərbaycan Kubokunda dörddəbir final mərhələsinin ilk oyunlarına iki görüşlə start veriləcək.

Oxu.Az xəbər verir ki, ilk oyun günündə “Kəpəz” klubu “Neftçi”ni saat 16:00-da, “Sabah” isə “Sumqayıt”ı saat 18:30-da qəbul edəcək.

Qeyd edək ki, dörddəbir final mərhələsinin qalan iki oyunu fevralın 6-da keçiriləcək. “Araz-Naxçıvan” klubu “Zirə” ilə, “Səbail” isə “Qarabağ”la qarşılaşacaq. Cavab görüşləri isə fevralın 27 və 28-də keçiriləcək.

5 fevral

Azərbaycan Kuboku

¼ final mərhələsi

Saat 16:00, “Kəpəz” – “Neftçi” (Tovuz şəhər stadionu);

Saat 18:30, “Sabah” – “Sumqayıt” (“Bank Respublika Arena”).



Mənbə

Leave A Reply

Your email address will not be published.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More