Mikayıl Cabbarovdan güzəştli kredit alan sahibkarlıq subyektləri ilə bağlı paylaşım

“2024-cü ildə Sahibkarlığın İnkişafı Fondu tərəfindən güzəştli kredit alan sahibkarlıq subyektlərinin sayı ötən illə müqayisədə 74.7% artaraq 5.722-yə çatıb. Maliyyələşdirilən layihələrin böyük əksəriyyəti – 94.7%-i regionların payına düşür”.

Oxu.Az xəbər verir ki, bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov özünün “X” sosial şəbəkəsindəki hesabında bildirib:

“İşğaldan azad edilmiş ərazilərdə fəaliyyət göstərən sahibkarlar həmçinin zəmanət-subsidiya mexanizmindən faydalanırlar. Bu mexanizm Qarabağ və Şərqi Zəngəzurda sənaye , xidmət, turizm və kənd təsərrüfatı sahələrində müxtəlif layihələrin reallaşdırılmasını təşviq edib. Sahibkarlığın inkişafına dövlət dəstəyi ölkəmizdə kiçik və orta biznesin inkişafını, məşğulluğun artmasını və işğaldan azad edilmiş ərazilərdə iqtisadi aktivliyin bərpasını sürətləndirir!”



Mənbə

Leave A Reply

Your email address will not be published.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More